Sərhəd qoymağı öyrənmək.

Sərhəd qoymağı öyrənmək bəlkə də həyatımızdakı ən çətin dərslərdən biridir. Həyat bizə müxtəlif dərslər verir. Amma biz çox zaman onları görməzdən gəlirik. Sərhəd qoymaq isə içində ən çətinidir. Çünki bəzən öz sərhədlərimizdən ilk keçən elə özümüz oluruq.
Biz “yox” deməli olduğumuz yerdə “olar” deyirik.
Yorğun olduğumuz halda davam edirik.
Daxilimiz narahat olsa da susuruq.
Qarşı tərəfi incitməmək üçün özümüzü incidirik. Və sonra anlayırıq ki, sərhəd qoymamaq sevgi deyil — özünü itirməkdir.
Sərhəd divar deyil. Sərhəd soyuqluq deyil. Sərhəd məsafə saxlamaq da deyil.
Sərhəd – özünə hörmətdir.
Sərhəd – “mən də varam” deməkdir.
Sərhəd – enerjini qorumaqdır.
İnsan öz sərhədlərini bilməyəndə, həyat onu yoraraq öyrədir. Eyni situasiyalar təkrar olunur. Eyni insanlar eyni nöqtəyə toxunur. Çünki dərs hələ mənimsənilməyib.
Sərhəd qoymaq cəsarət tələb edir. Bəzən münasibət dəyişir. Bəzən insanlar narazı qalır. Amma sən öz daxilində daha sakit olursan. Çünki artıq özünü yarı yolda qoymursan.
Bəlkə də ən böyük yetkinlik budur: başqasını itirmək qorxusundan əvvəl, özünü itirmək qorxusunu hiss etmək.
Sual:Siz ən çox harada öz sərhədlərinizi pozursunuz?
Sevgi ilə qalın.
Gunel 🤍



Комментарии