top of page
Поиск

Qorxularımızla üzləşmək.

  • 25 февр.
  • 1 мин. чтения

Qorxu – zəiflik deyil. Qorxu içimizdə bizi qorumaq istəyən bir səsdir. Sadəcə biz çox vaxt o səsi düzgün oxumuruq. Ondan qaçırıq. Üstünü örtürük. Güclü görünməyə çalışırıq. Amma həqiqi güc qaçmaqda deyil, üzləşməkdədir.



Məncə insanın həyatında dönüş nöqtələri məhz qorxularının gözünün içinə baxdığı an başlayır. Çünki qorxunun arxasında həmişə böyümə dayanır. Orada yeni bir “mən” var.


Biz qorxuruq:


– uğursuz olmaqdan,

– tərk edilməkdən,

– sevilməməkdən,

– dəyişməkdən.


Amma maraqlıdır ki, ən çox qorxduğumuz şeylər bizi ən çox azad edən şeylər olur.


Sadhu təcrübəsi və qorxu.

Sadhu təcrübəsi mənim üçün sadəcə bir praktika deyil. Bu, qorxu ilə şüurlu görüşdür. Ayaqların altında iti daşlar… ilk addımda ağrı… bədən “dayan” deyir. Zehin panikaya düşür.


Amma sən qaçmırsan. Dayanırsan. Nəfəs alırsan. Hiss edirsən.


Bir neçə saniyə sonra anlayırsan ki, ağrı səni öldürmür. Qorxu səni dağıtmır. O sadəcə dalğa kimidir – gəlir və keçir.


Sadhu yolu mənə öyrətdi ki:qorxu həmişə həqiqət deyil.bədən düşündüyümüzdən daha güclüdür.zehin isə çox vaxt bizi aldadır.

İlk addımı atanda titrəyirsən. İkinci addımda inam yaranır. Sonra isə bir nöqtədə anlayırsan – sən qorxunun içindən keçmisən.


Qorxudan qaçmaq yox, onu qucaqlamaq.


Biz həyat boyu rahat zonada qalmaq istəyirik. Amma inkişaf rahatlıqda baş vermir. İnkişaf diskomfortda başlayır.


Yoga matında da belədir. Ən çox qaçmaq istədiyin asana səni ən çox açan asanadır. Ən çox qorxduğun söhbət səni azad edən söhbətdir.

Qorxu ilə üzləşmək özünü cəzalandırmaq deyil. Bu, özünü seçməkdir. Öz gücünü tanımaqdır.

Çünki qorxunun o biri tərəfində azadlıq var.

Və bir gün geriyə baxanda anlayırsan ki, səni dəyişən həyatın ən rahat anları yox, ən çətin qərarların olub.


Bəlkə də bu gün özünə bir sual vermək vaxtıdır:


Mən hansı qorxunun arxasında gizlənmiş gücümü hələ də açmamışam?


Sevgilərlə,Günel 🤍

 
 
 

Комментарии


bottom of page