Minnətdarlıq praktikası.
- 28 февр.
- 1 мин. чтения
Minnətdarlıq – sahib olduqlarını görmək bacarığıdır. Çatışmayanlara yox, artıq

həyatında olanlara fokuslanmaqdır. Bu, sadə görünə bilər, amma insanın daxili halını tamamilə dəyişə bilən güclü bir praktikadır.
Biz çox vaxt “nə çatmır?” sualı ilə yaşayırıq. Daha çox uğur, daha çox pul, daha çox diqqət…
Amma “nə var?” sualını verdiyimiz an enerji dəyişir. Çünki həyatımızda əslində çox şey var – sadəcə biz öyrəşmişik deyə onları adi qəbul edirik.
Minnətdarlıq praktikası insanı indiki ana qaytarır.
O an anlayırsan ki:
– nəfəs ala bilirsən,
– bədənin hərəkət edir,
– sevdiklərin var,
– yolun var,
– ümidin var.
Və bu kifayətdir.
Praktika çox sadədir:Hər gün səhər və ya axşam 3 şey yazın ki, ona görə minnətdarsınız. Böyük və ya kiçik fərq etməz. Günəşli hava da ola bilər, səmimi bir mesaj da, sakit keçən bir dərs də.
Bir müddət sonra görəcəksiniz ki, baxış bucağınız dəyişir. Şikayət azalır, qəbul artır. Qəlb yumşalır. Çünki minnətdarlıq – qəlbi açır.
Minnətdarlıq etdiyiniz şeylər çoxalır. Çünki diqqət hara gedirsə, enerji də ora axır.
Bəs siz bu gün nəyə görə minnətdarsınız?
Sevgi ilə qalın.
Gunel 🤍



Комментарии