top of page
Поиск

Keçmişi buraxmaq.

  • 3 мар.
  • 1 мин. чтения

Keçmişi buraxmaq…


Bəlkə də günlərlə bu mövzu haqqında danışa bilərəm. Çünki sözün həqiqi

mənasında hər birimizin ilişib qaldığı o keçmişi buraxmaq çox vacibdir.


Çox asan səslənsə də, əslində çox çətin, amma mümkün olan bir prosesdir. Keçmiş səni sadəcə geriyə çəkir və özündə həbs edir. Səni daha depressiv, daha yorğun edir. Çünki sən artıq bitmiş bir hekayəni yenidən və yenidən yaşayırsan.


Biz çox vaxt keçmişi buraxmırıq, çünki orada cavabsız suallarımız var. “Niyə belə oldu?” “Kaş ki…” “Bəlkə də…” Bu cümlələr insanı içində saxlayır. Amma həqiqət budur ki, keçmiş dəyişmir. Dəyişə bilən yalnız sənin bu günkü münasibətindir.


Keçmişi buraxmaq unutmaq deyil. Özünü məcbur edib heç nə olmamış kimi davranmaq da deyil. Keçmişi buraxmaq — qəbul etməkdir. O hadisənin artıq bitdiyini, amma sənin həyatının bitmədiyini anlamaqdır.


Bəzən biz ağrını buraxmaq istəmirik, çünki o ağrı ilə özümüzü identifikasiya etmişik. Amma sən yaşadıqların deyilsən. Sən onların içindən çıxan insansan.


Keçmişə tutunduqca indini qaçırırsan. İndini qaçırdıqca isə gələcək də gecikir.


Azadlıq isə yalnız buraxdığın anda başlayır.


Sual:Səni hələ də saxlayan hansı xatirəni buraxmağa hazırsan?


Sevgi ilə qalın.

Gunel 🤍

 
 
 

Комментарии


bottom of page